İnsanlara hürriyət, millətlərə istiqlal!

AXCP-MÜSAVAT BLOKU OKTYABRDA MİTİNQLƏRƏ BAŞLAYACAQ

1959 27.09.2010 09:39 Gündəm A A

AXCP-Müsavat bloku seçki hazırlıqları, imza toplama kampaniyası apardığı üçün aksiyalar bir qədər yubanır. Lakin bu, ümumiyyətlə mitinq keçirilməyəcəyi anlamına gəlməməlidir: “Artıq mitinq müzakirələri başlayıb. Müsavat və AXCP mitinqləri birgə keçirəcək”.
Fuad QəhrəmanlıF.Qəhrəmanlı təbliğat dövründə AXCP və Müsavat liderlərinin bölgələrə də gedəcəklərini açıqladı: “Seçki kampaniyasının təbliğat-təşviqat dövrü başlayanda istər Bakının bütün rayonlarında, istərsə də kənar rayonlarda blokumuzun namizədlərinin seçicilərlə görüşlərində AXCP ilə Müsavat Partiyasının liderləri də iştirak edəcəklər. Blokun vahid namizədlərini dəstəkləmək üçün liderlər bölgələrə gedəcəklər.
Bununla bağlı çox geniş qrafik tuturuq. Ölkənin əksər ərazilərini əhatə edən görüşlər, aksiyalar keçirmək fikrindəyik. Bu görüşlərdə, aksiyalarda həm Əli Kərimli, həm İsa Qəmbər iştirak edəcəklər. Bütün qüvvələrimizi səfərbər edəcəyik ki, 21 günlük təbliğat-təşviqat kampaniyası böyük siyasi fəallıqla müşahidə olunsun, insanların seçki prosesinə kütləvi qatılmasına nail olmağa çalışacağıq". 
Hakimiyyət isə seçki dövründə mitinqlərin miqyasının genişlənməməsi üçün indidən tədbirlər görməyə başlayıb. Mitinqlərin mərkəzi meydanlarda keçirilməsinin qarşısını almaq məqsədilə namizədlərin seçicilərlə görüşlər keçirməsi üçün ölkə üzrə bütün seçki dairələrinin ərazilərində qapalı və açıq yerlər ayrılıb. Hər seçki dairəsinin ərazisində görüşlər üçün  iki - bir açıq, bir qapalı yer ayrılıb. Namizədlərə növbəli olaraq yalnız həmin yerlərdən istifadə etməklə seçicilərlə görüşlər keçirməyə icazə veriləcək. 
Müxalifət isə seçicilərlə görüşün dairənin istənilən ərazisində keçirilməli olduğunu, hər dairədə bir neçə yerin ayrılmasının prosesi dar çərçivəyə salıb lokallaşdırmaq məqsədi güddüyünü  bəyan edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR