İnsanlara hürriyət, millətlərə istiqlal!

AXCP-də rəhbərliklə gənclər arasında qalmaqal - İki gənc partiyadan azad edildi

1160 31.03.2015 15:44 Son xəbər A A
AXCP-də gənclərlə  partiya rəhbərliyi arasında qalmaqal yaranıb. 

Avropa.info-nun AXCP-dəki mənbələrdən əldə etdiyi məlumata görə, iki gün öncə  partiyanın Gənclər Komitəsinin üzvü  Ehtiram Mehdiyev və Cavid Musazadə təşkilatdan xaric olunub. 

Səbəb kimi isə Gənclər Komitəsinin üzvü  Ehtiram Mehdiyevin AXCP sədrinin müavini Fuad Qəhrəmanlı  haqqında yazdığı bir Facebook statusu olub. Həmin  statusda  Ehtiram Mehdiyev martın 15-də Milli Şuranın keçirdiyi mitinq zamanı Fuad Qəhrəmanlının tribunanın yanında dayanan yaşlı insanı və  gəncləri təhqir etməsini sərt şəkildə tənqid edib. 

AXCP Gənclər Komitəsinin bəzi üzvləri də Ehtiram Mehdiyevə dəstək veriblər. Bundan sonra isə, Ehtiram Mehdiyev  və Gənclər Komitəsinin digər üzvü Cavid Musazadə partiyadan çıxarılıblar. 

AXCP-dən əldə etdiyimiz məlumata görə, bu qərardan əsəbləşən Gənclər Komitəsinin üzvləri ilə partiya rəhbərliyi arasında ciddi gərginlik yaşanıb. Gənclər Komitəsinin üzvlərinin yaxın günlərdə bəyanat verərək, kütləvi şəkildə partiyadan çıxacaqları gözlənilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR