Hadisə zamanı avtomobilinin əzildiyini deyən V.Ağayev olayla bağlı polisə müraciət etdiyini də dedi: “Bu gün Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə ərizə ilə müraciət etdim. Hazırda polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparırlar. Hələlik həmin sürücünün kimliyi müəyyənləşməyib”. V.Ağayev onu da əlavə etdi ki, həmin avtomobildə sürücü ilə birlikdə dörd nəfər olub. Onlar eyni markadan olan başqa maşınla ötüşürmüşlər.






