“Avtoş”luq edən futbolçu komandadan qovuldu (FOTO)
Vurğun Fərəczadənin avtomobilini yüksək sürətlə idarə etməsi ilə bağlı yaydığı görüntülər Gəncə komandasının rəhbərliyini hiddətləndirib. “Kəpəz” komandası “Neftçi”dən icarəyə götürdüyü Vurğun Fərəczadəni komandadan qovub.
“Qafqazinfo”nun rekord.az-a istinadən verdiyi məlumata görə, bu barədə Gəncə klubunun vitse-prezidenti Nofəl Əzizov açıqlama verib. Onun sözlərinə görə, oyunçunun sosial şəbəkədə avtomobilini yüksək sürətlə hərəkət etdirməsi ilə bağlı yaydığı görüntülər Gəncə komandasının rəhbərliyinin belə bir addım atmağına səbəb olub: “Vurğunun üzr istəyib-istəməməsi artıq heç nəyi dəyişməyəcək. Biz onunla müqaviləni pozub məxsus olduğu “Neftçi”yə geri göndərmişik”.






