İnsanlara hürriyət, millətlərə istiqlal!

“Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaiti ilə bağlı QƏRAR

445 30.12.2020 11:33 Ölkə A A

Nazirlər Kabineti “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları”nda dəyişiklik edib.

Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar Azərbaycan Respublikasında ümumi istifadədə olan avtomobil yolları şəbəkəsinin səmərəli istismarını təmin etmək məqsədilə qəbul edilib.

Qərarın qəbul edilməsi avtomobil yollarının saxlanması ilə bağlı bəzi məsələlərin daha dəqiq və dolğun tənzimlənməsinə və nəticə etibarı ilə “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin daha effektiv və qənaətli xərclənməsinə xidmət edəcəkdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR