İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtobuslarda bank kartı ilə ödəniş etmək mümkün olacaq - RƏSMİ

566 27.10.2021 11:27 Ölkə A A

Yaxın zamanda avtobuslarda NFC, QR-kod və birbaşa bank kartı vasitəsilə gediş haqlarını ödəmək mümkün olacaq.

Bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, "BakıKart" satış və balans yükləmə terminallarında məhdud istifadə üçün nəzərdə tutulan gediş kartlarının satışı dayandırılır:

"Buna səbəb sərnişinlərə təklif olunan yeni üsullarla balans yükləmə xidmətləridir. "Məhdud istifadə üçün nəzərdə tutulan kartlar artıq olmayacaq. Çünki artıq onlayn, internet üzərindən ödəniş üsulu mövcuddur. Yaxın zamanda isə NFC, QR-kod və birbaşa bank kartı vasitəsilə gediş haqlarını ödəmək mümkün olacaq deyə, artıq onlara ehtiyac yoxdur".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR