İnsanlara hürriyət, millətlərə istiqlal!

“AVTO-QARANT” ASC UĞRUNDA MÜBAHİSƏ BÖYÜYÜR

2473 16.10.2009 09:25 Ölkə A A
Bəyəli HacıyevÖzünü bizə “Avto-qarant” ASC idarə heyətinin sədri Bəyəli Hacıyev kimi təqdim edən şəxs dedi ki, baş verənlərə müəssisənin digər səhmdarları Ədalət Bağırovla Elmar Musayev səbəb olurlar. Onun sözlərinə görə, vaxtı ilə “Avto-qarant” ASC idarə heyətinin sədri olan bu iki sahibkar müəssisəni ələ keçirməyə çalışır: “Ədalət Bağırov və Elmar Musayev 108 səhmdardandır. Burada hərəyə müəyyən hissə düşür. Keçən ildən müəssisəyə sahiblənmək uğrunda savaş gedir. Onlar idarə heyətinin verdiyi qərara riayət etməyərək müəssisəni ələ keçirmək istəyirlər. Lakin nəzərə almırlar ki, ”Avto-qarant" ASC 108 nəfər arasında bölünüb".
Müsahibimiz bir neçə gün öncə baş vermiş qanlı olaya da aydınlıq gətirdi. Bəyəli Hacıyevin dediyinə görə, Ədalət Bağırov və Elmar Musayev quldur dəstəsi yaradaraq hadisədən bir-iki gün qabaq müəssisəyə hücum çəkib. Onun sözlərinə görə, 10 nəfərlik qrup onlardan müəssisəni təcili boşaltmağı tələb edib. İdarə heyətinin sədrinin yaranmış vəziyyətə müdaxilə etməsi sonda onun Ədalət Bağırov və Elmar Musayevin adamları tərəfindən girov götürülməsi ilə nəticələnib. Yalnız polis gəldikdən sonra azad edildiyini bildirdi. Ədalət Bağırovla hadisə baş verən günü belə xatırlayır: “Oktyabrın 12-i axşam saatlarında köməkçim mənə zəng vurdu ki, burda vəziyyət qarışıb. Tez özümü çatdırdım. Bura çatanda məlum oldu ki, mühafizəçilər bir birilərini bıçaqlayıblar”.
Bəyəli Hacıyev “Avto-qarant” ASC-nin deputat Nazim Məmmədova aid olduğu barədə deyilənlərə də aydınlıq gətirmək istədi. O, bildirdi ki, N.Məmmədov “Avto-qarant” ASC-nin 108 səhmdarından biridir: “Bu olayla Nazim Məmmədovun heç bir əlaqəsi yoxdur. Onun burda hansısa bir qərar vermək səlahiyyəti yoxdur. Bütün məsələlər idarə heyətinin toplantısı zamanı həll olunur və qərarlar da bu zaman verilir”.
Xatırladaq ki, “Avto-qarant”ASC-də baş vermiş münaqişəyə səbəb kimi idarə heyətinin keçmiş sədri Elmar Musayevlə mülkiyyətçi-səhmdar Ədalət Bağırovun ASC-nin Xətai rayonu, Mingəçevir küçəsi 40 ünvanında yerləşən ofisinə gedərək orada dava salmaları göstərilir. Belə ki, onlar özbaşına müəssisənin gözətçisini dəyişdiriblər. Bu barədə ASC-nin təsisçi-səhmdarı Aydın Xıdırova, digər səhmdar, YAP-çı deputat Nazim Məmmədova məlumat verilib. Bundan sonra adıçəkilən şəxslər müəssisənin qarşısına gələrək içəri daxil olmaq istəyiblər. Həmin vaxt tərəflər arasında qarşıdurma yaranıb.
Nəzərinizə çatdıraq ki, “Avtoqarant” ASC rəhbərliyi hadisə ilə bağlı yaxın günlərdə mətbuat konfransı keçirəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR