Avropa İttifaqına sədrlik edən Avstriyanın federal kansleri Sebastian Kurts noyabrın 20-21-də Vyanada “Antisemitizm və antisionizmə qarşı mübarizə” mövzusunda konfrans keçiriləcəyini bəyan edib.
AZƏRTAC xəbər verir ki, Avropa Yəhudi Konqresi və Vyanadakı İsrail Mədəni İcması ilə birgə təşkil olunacaq beynəlxalq tədbirdə Avropada antisemitizm və antisionizmə qarşı mübarizə istiqamətində görülən işlər müzakirə olunacaq. Konfransda Avropa İttifaqına üzv dövlətlərin və Amerika Yəhudi Konqresinin yüzdən artıq rəsmi nümayəndəsinin iştirakı gözlənilir.
S.Kurts bildirib ki, konfransın təşkilində məqsəd Avropada antisemitizmin bütün formalarına qarşı mübarizə imkanları və yeni konsepsiyaları nəzərdən keçirməkdir.






