İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstraliyada hökumət çevrilişi planlayan qrup üzvlərinə qarşı əməliyyat keçirilib

270 02.08.2021 21:42 Dünya A A

Avstraliyanın hüquq-mühafizə orqanları hökuməti devirməyə və federal parlamentin deputatlarını həbs etməyə hazırlaşan qrup üzvlərinə qarşı əməliyyat keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 2-də ölkənin federal polis orqanları məlumat yayıb.

Məlumatda deyilir ki, həmin qrupun üzvləri ölkənin federal polisinin komissarı adından feyk video hazırlayaraq, onun hökumət əleyhinə qalxdığını və insanları ona qoşulmağa çağırdığını bildiriblər. Videoda çıxış edən Avstraliya federal polisinin komissarı deyil.

Qeyd edilib ki, qrup üzvlərini izləyən hüquq-mühafizə orqanlarını əməkdaşları Brisben, Kernse və Taunsvill şəhərlərində, həmçinin Piterboro və Pertdə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Nəticədə qrupun qeyri-qanuni fəaliyyəti barədə sənədlər ələ keçirilib. Özünü Avstraliya polisinin zabiti kimi təqdim edən 46 yaşlı şəxs həbs edilib. Onun avqustun 16-da Avstraliya federal polisinin nişanlarını qeyri-qanuni ələ keçirmək ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunacağı bildirilir.

Bununla yanaşı, polis komissarının köməkçisi Skott Li qeyd edib ki, qrupun konkret zorakılıq hərəkətləri həyata keçirəcəyi barədə faktları aşkar etmək mümkün olmayıb. Qrupun fəaliyyətinin araşdırılması və digər üzvlərinin aşkarlanması istiqamətində istintaq davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR