İnsanlara hürriyət, millətlərə istiqlal!

​Avstraliya Yaponiyanın balina ovuna başlamaq qərarını pisləyib

821 18.12.2015 23:11 Dünya A A
Avstraliyanın baş naziri Malkolm Ternbull Yaponiyanın Antarktida sularında balina ovuna başlamaq haqqında qərarından olduqca məyus olduğunu bildirib.

"Report" BBC-yə istinadən xəbər verir ki, o, bu bəyanatla Tokioya səfəri zamanı çıxış edib.
Nəşrin məlumatına görə, Yaponiya balina ovunu ötən il BMT Beynəlxalq Məhkəməsinin qərarına əsasən dayandırıb. Bu ilin dekabrında isə Tokio balıqçılıq şirkətlərinə Sakit okeanın cənub hissəsinin sularında yenidən balıq ovuna başlamaq icazəsi verib. 

Yaponiyanın bu qərarı dünyanın 33 ölkəsi, eləcə də Avstraliya və Yeni Zelandiya tərəfindən etirazla qarşılanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR