İnsanlara hürriyət, millətlərə istiqlal!

Avrozonaya daxil olan dövlətlər Yunanıstanı avrozonada saxlamaq qərarına gəliblər

792 13.07.2015 11:02 Dünya A A
Avrozonaya daxil olan dövlətlərin iyulun 12-də keçirilən zirvə toplantısında Yunanıstan hökumətinin kreditorlar qarşısında öhdəlikləri yerinə yetirmək barədə vədinin əvəzində bu ölkəni avrozonada saxlamaq qərara alınıb. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə görüşdə iştirak edən mənbə bildirib.

Mənbə deyib ki, toplantıda Yunanıstana üçüncü yardım paketinin təqdim olunmasına dair razılığa gəlinib. Bunun əvəzində Aleksis Tsipras hökuməti iyulun 14-nə qədər parlamentdə Avropa İttifaqı ilə razılaşdırılmış 6 qanun layihəsini qəbul etməlidir. Söhbət özəlləşdirmə, təqaüd və vergi islahatları, o cümlədən ƏDV sisteminə yenidən baxılmasından gedir. 
 
Üç illik kreditləşmə proqramı iyulun 15-də Avroqrupun növbəti görüşündə təsdiqlənməlidir. İlkin məlumata görə, Afinaya veriləcək kreditin ümumi həcmi 90 milyard dollar olacaq. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR