İnsanlara hürriyət, millətlərə istiqlal!

"Avroviziya" təşkilatı Ukraynalı qrupa yenidən kubok verəcək

460 31.05.2022 17:57 Şou-biznes A A

Yardım üçün kuboku satan Ukraynalı qrupa "Avroviziya" təşkilatı yenidən kubok alacaq.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, bu barədə təşkilatın Facebook səhifəsində məlumat yayılıb.

Xatırladaq ki, "Avroviziya 2022" Beynəlxalq Mahnı Müsabiqəsində qalib olan Ukraynanın "Kaluş" qrupu bir neçə gün öncə qazandıqları kuboku hərraca çıxararaq satıblar. "Stefania" mahnısı ilə qalibiyyət qazanan qrupun üzvləri ötən bazar günü kuboka görə hərracda 900 min dollar əldə ediblər.

Auksion ukraynalı aparıcı Sergiy Pritula tərəfindən "Facebook" sosial şəbəkəsində aparılıb. Məlum olub ki, mükafatı Ukrayna kriptovalyuta birjası "WhiteBIT" alıb.

Sergiy Pirtula bildirib ki, satışdan əldə olunan vəsait Ukrayna Silahlı Qüvvələrinə veriləcək üç təyyarə və yerüstü idarəetmə stansiyasından ibarət pilotsuz uçuş aparatları kompleksinin alınmasına sərf olunacaq.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR