İnsanlara hürriyət, millətlərə istiqlal!

“Avroqaz”ın prezidenti: Siyasət “Türk axını”nın reallaşmasına mane olmayacaq"

426 24.10.2015 00:40 Dünya A A
Hər hansı siyasi vəziyyət “Türk axını” layihəsinin  reallaşmasına mane olmayacaq.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Avroqaz” assosiasiyasının prezidenti Jertyan Lankorst bəyan edib.
 
“Mən narahat deyiləm. Əksinə, çox rahatam. Türkiyə Avropaya qaz tədarük edilməsində mühüm rol oynamaq niyyətində olduğunu qəti şəkildə bəyan edib ”, deyə J. Lankorst bildirib.
 
Qeyd edək ki, məlum hava insidentlərindən sonra Türkiyə prezidenti R.T.Ərdoğan bəyan etmişdi ki, Rusiya xarici siyasətində Türkiyədə atom enerjisi və təbii qaz sahəsində işgüzar maraqlarının mövcudluğunu unutmamalıdır. Bir qədər sonra tərəflər insidentin iki ölkə arasında əməkdaşlığa təsir göstərməyəcəyini ifadə ediblər. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR