Avropalılar Türkiyənin Avropa Birliyinə daxil olacağına inanmırlar
Rəy sorğusunun nəticələrinə görə avropalıların az qala yarısı – 49%-i, Türkiyənin Avropa Birliyinə heç vaxt daxil omayacağını, ya da 10 ilə və daha gec daxil olacağını düşünür. Sorğuda iştirak edən almanların 58, fransızların 55, britaniyalıların isə 33%-i məhz bu fikirdədir. Məlumatlar Fransanın Ifop və Böyük Britaniyanın Populus tədqiqat şirkətlərinin Sputnik informasiya agentliyi və radiosunun sifarişi ilə keçirdikləri sorğunun nəticəsində əldə edilib.
“Sizcə, Türkiyə AB-yə nə vaxt daxil olacaq” sualına sorğuda iştirak etmiş fransızların cəmi 17, almanların 27 və britaniyaların 38%-i "yaxın 10 ildə" cavabını seçib. Bununla yanaşı britaniyalıların 29%-i, fransalıların 28%-i və almaniyalıların 15%-i bu suala cavab verməkdə çətinlik çəkib.
Böyük Britaniyada sorğu Populus tədqiqat şirkəti tərəfindən 15-21 aprel tarixlərində keçirilib. Almaniya və Fransada isə sorğunu qocaman sorğu şirkərlərindən olan IFop 14-18 aprel tarixlərində həyata keçirib. Böyük Britaniyada 1045 nəfər, Almaniyada 989 nəfər, Fransada isə 1008 nəfər sorğuda iştirak edib. Ölkə üzrə məlumatlarda səhv +/- 3,1% təşkil edə bilər, etibarlılıq ehtimalı 95%.






