Venesiya Komissiyasının rəsmisi deyib ki, dövlətin dünyəvi xarakterini dəyişməyə cəhd göstərən partiyanın qadağan oluna biləcəyinə dair bənd narahatlıq doğurur: “Siyasi partiyaların Azərbaycanda islam qanunlarının işləməsi uğrunda mübarizə aparmaq haqlarının olmasını aydın göstərmək üçün mətnə dəyişiklik edilməlidir. Partiyaların dinc yolla və demokratiya və insan haqlarına hörmət edərək belə mübarizə aparmağa hüququnun olması vacibdir. Hazırkı mətn düzgün olmayan yanaşmaya yol aça bilər. Partiyanın sadəcə qeyri-dünyəvi olduğunu deməklə onu qadağan etmək asan olar”.
Ekspert layihədəki digər bənddən bəhs edib: “Partiya qanunsuz hərəkətlərinə dair xəbərdarlıq alırsa və öz davranışını dəyişmək üçün müvafiq tədbirlər görmürsə, bağlana bilər. Xəbərdarlığı verəcək orqanın tərəfsiz ola biləcəyinə dair heç bir təminat yoxdur. Qanun layihəsi Ədliyyə Nazirliyinin belə bir xəbərdarlıq etməyə səlahiyyəti olacağını nəzərdə tutur. Bununla da hansı partiyaların fəaliyyət göstərəcəyinə dair hökumət qərar verəcək”.






