İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada yeni münaqişə ocağı: Kataloniya İspaniyadan ayrılmaq istəyir

1565 23.05.2017 18:03 Dünya A A

Kataloniya İspaniyanın 100 illərdir, davam edən problemidir.

1714-cü ildə V Filip tərəfindən İspaniyaya hüquqi cəhətdən tam birləşdirilən (Bundan öncə Kataloniya Araqon krallığının tərkibində olub) Kataloniya dəfərlərlə Madridin asılılığından qurtulmaq istəyib. İlk dəfə 1871-ci ildə həyata keçirilən cəhdlər İspaniya dövlətinin səyləri ilə yatırılıb. İspaniyada 30-cu illərdə tüğyan edən vətəndaş müharibəsi zamanı Kataloniya bir daha müstəqilliyini elan etmək istəsə də sonradan hakimiyyətə gələn general Frankonun qoşunları ölkənin ərazi bütünlüyünü təmin edə bilib.

Hazırkı siyasi proses isə katalonların müstəqiliyə ən çox yaxınlaşdığı dövrə təsadüf edir. İspaniya Franko rejimindən qurtulub demokratik sistemi tətbiq etdikdən sonra etnik bölgələrə geniş hüquqlar verildi. İspaniya formal olaraq unitar dövlət sayılsa da onun tərkibində qalan bölgələr geniş muxtar hüquqlara malikdirlər. Hətta o dərəcədə ki, Kataloniyanın özünün internetdə ayrıca “cat” domeni belə, var.

Lakin görünür, katalonlar üçün bu da kifayət etmir. Artıq 10 ildir, onlar müxtəlif referendumlar və rəy sorğuları keçirərək rəsmən müstəqillik tələb edirlər. Müstəqillik tələbi artıq rəsmi səviyyədə səsləndirilir.

İspaniyanın mərkəzi hökuməti isə katalonların bu addımını rəsmən təxribat olaraq qiymətləndirir. Baş nazir Mariano Rahoy Kataloniya hökumətinin müstəqillik yolunda hazırladıqları “yol xəritəsi”nə sərt reaksiya göstərib.

Картинки по запросу mariano rajoy

İspaniyanın “El Pais” qəzetinin verdiyi xəbərə görə, katalonlar bölgə daxilində İspaniya konstitusiyasını əvəzləyəcək “hüquqi keçid”lə bağlı yeni sənəd hazırlayırlar. Sənədə görə, Kataloniyada yeni parlament respublikası yaradılaması və bundan sonra rəsmi Madridlə keçid dövrünün qalan məsələlərinin həll edilməsi planlaşdırılır. Sənəddə müstəqil Kataloniyanın Avropa Birliyinin tərkibində qalacağı vurğulanıb.

İspaniya baş prokurorluğu isə həmin sənədi xüsusi incələməyə alıb. Baş prokurorluq Kataloniya hakimiyyətinin əməllərində cinayət tərkibinin olub-olmamasını araşdırır.

Mariano Rahoy isə jurnalistlər qarşısında çıxış edərək Kataloniya bölgə hökumətinin bu hərəkətini “İspaniya tarixində görünməmiş siyasi şantaj, ölkənin 500 ildir, davam edən bütünlüyünü pozan fəaliyyət, hüquqi dövlətin məhv edilməsi cəhdi və ümumiyyətlə hər nöqteyi-nəzərdən dəlilik” adlandırıb.

Rahoyu əsl hiddətləndirən sənədin Kataloniya bölgə parlamentində elə ilk oxunuşda qəbul edilərək hüquqi qüvvə donu geyindirilməsi cəhdidir. Bundan sonra katalon deputatlar Madridlə aparılacaq danışıqların mənasız olacağını və “qanuni” referendumu keçirəcəklərini bildiriblər.

İspaniya hökuməti isə ölkənin bütünlüyündən əsla vaz keçməyəcəyini bəyan edir. Lakin bölgəyə əlavə geniş hüquqların verilməsini istisna etmir.

Rahoy özü katalonları dialoqa və danışıqlara dəvət edir. O, Kataloniyanın bölgə hökumətinin başçısı Karles Puçdemonu İspaniya parlamentində keçiriləcək debatlara dəvət edib. Rahoy həmin debatda şəxsən özünün də iştirak edəcəyini vəd edib.

Картинки по запросу carles puchdemon

Lakin Puçdemon bu debatdan boyun qaçırır və məsələnin İspaniya və Kataloniya hökumətləri arasında həll edilməsinə tərəfdar olduğunu söyləyib.

Siyasi ekspertlərin fikrincə, Puçdemon bununla İspaniyanın qanunverici orqanının, yəni mərkəzi hakimyyətin bir qolunun səlahiyyətlərini tanımadığını nümayş etdirmək istəyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR