Avropada terror xəbərdarlığı: Yeni il şənliklərində diqqətli olun
Avstriya polisi yeni il ərəfəsində Avropa paytaxtlarında real terror hücumu ola biləcəyi haqda xəbərdarlıq edib.
Musavat.com xəbər verir ki, Vyana rəsmilərinin verdiyi açıqlamada bildirilib ki, adını verməyən bir şəxs terror aktı həyata keçiriləcəyini deyib və buna görə də yeni ildən əvvəl Avropa paytaxtlarında real terror hücumuna qarşı tədbirlər görməyə çağırıb.
Xəbərdarlıqda qeyd edilib ki, terror aktı izdihamlı yerlərdə partlayış və ya silahlı hücum şəklində həyata keçiriləcək.
Aygün SƏFƏRLİ
Musavat.com






