İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada qazın min kubmetrinin qiyməti 750 dollara enib

387 02.11.2021 19:40 Son xəbər A A

Avropa bazarında min kubmetr qazın qiyməti səhər saatlarında 850 dollara qalxsa da, sonradan 750 dollaradək ucuzlaşıb.

AZƏRTAC xəbər verir ki, ICE Futures birjasının məlumatına görə, Niderlandda yerləşən TTF habında dekabr fyuçerslərinin qiyməti 4 faiz ucuzlaşaraq min kubmetr mavi yanacaq üçün 750 dollar təşkil edib.

Ucuzlaşma Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskovun ölkədəki anbarlar dolduqdan sonra noyabrın 8-dən başlayaraq Avropaya qazın çatdırılması barədə planların dəyişmədiyi barədə verdiyi bəyanatla üst-üstə düşüb.

Qeyd edək ki, oktyabrın 27-də Avropadakı birjalarda qazın qiyməti bahalaşaraq min kubmetr üçün 1400 dollara yüksəlmişdi. Rusiya Prezidenti Vladimir Putin ölkədəki anbarlar dolduqdan sonra Avropaya qaz çatdırılması barədə “Qazprom” kompaniyasına göstəriş verdikdən sonra birjalarda qazın qiyməti ucuzlaşmağa başlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR