İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada iqlim dəyişikliyi ilə bağlı fövqəladə vəziyyət elan edildi - planeti əsl fəlakət gözləyir

960 29.11.2019 00:17 Dünya A A

Avropa Parlamenti bu gün Strasburq şəhərində keçirilən sessiyasında qitədəki ətraf mühit və iqlim sahəsində fövqaladə vəziyyətin elan edilməsi barədə qətnamə qəbul edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sənədin lehinə 429, əleyhinə isə 225 deputat səs verib.

Avropa Parlamentinin qətnaməsi Birliyin əsas icraedici orqanı sayılan Komissiyanı Paris sazişində nəzərdə tutulduğu kimi qlobal istiləşməni 1,5 dərəcənin altında saxlayacaq bütün qanunverici və maliyyə tədbirlərini görməyə çağırıb.

Bundan başqa, Birliyin qanunverici orqanın qərarında iqlim neytrallığına nail olunması barədə strategiyanın müəyyənləşdirilməsi tapşırığı da yer alıb. Bunun üçün BMT-nin iqlim dəyişikliyi haqqında çərçivə konvensiyasına uyğun olaraq 2050-ci il hədəf olaraq seçilib.

Deputatlar 2030-cu ilə qədər havaya buraxılan zəhərli qazların miqdarının 55%-ə qədər endirilməsi barədə müddəanın Avropa ekoloji sazişinə daxil olunmasını Avropa Komissiyasının yeni sədri Ursula fon der Lyayendən xahiş ediblər.

Bunun üçün Birlik ölkələrinin Yaşıl iqlim fonduna paylarının artırılmasının zəruriliyi qeyd olunub.

Qeyd etmək lazımdır ki, 2020-ci ilə qədər fonda 100 milyard dollardan çox vəsait daxil olmalı idi. Avropa Komissiyası isə hətta yaxın 10 ildə  iqlimin müdafiəsinə 1 trilyon avro ayrılacağını xəbər etmişdi. Avropa Birliyinin 2020-ci il büdcəsində isə ekologiya siyasətinə 589,6 milyon avro pulun sərf olunması nəzərdə tutulub ki, bu da dakeçən illə nisbətdə 5,6 % çoxdur.

Musavat.com


 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR