Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp 1987-ci ildə SSRİ ilə imzalanan və hələ də Rusiya ilə bağlı qüvvədə olan orta və kiçik mənzilli raketlərin (OKMR) ləğvi haqqında sazişdən imtina edəcəklərinin anonsunu verib.
Avropalı diplomatlar isə bu işdə Vaşinqton və Moskva arasında var-gəl edərək hər iki dövləti bu təhlükəli fikirdən vaz keçirməyə çalışırlar.
“The Guardian” qəzetinin icmalçısı Culian Borcerin yazdığına görə, diplomatların səyləri hələ ki nəticə vermir: “Onların qayğıları Dövlət Departamentində və Müdafiə nazirliyində anlayışla qarşılanır və mövqeləri yüksək rütbəli məmurlar tərəfindən dəstəklənir. Lakin avropalılar Ağ Ev administrasiyası, xüsusilə də milli təhlükəsizlik məsələləri müşaviri Con Boltonun sərt müqaviməti ilə qarşılaşırlar”.
/arc-anglerfish-arc2-prod-mco.s3.amazonaws.com/public/DTPILUH2XFE3FFJM3X7BBCZS6A.jpg)
“Heç Moskvanın özünün də razılığa gəlmək məsələsində həvəsli olduğunu demək olmaz.. Çünki OKMR-in ləğvi ruslara NATO ilə sərhədlərdə kiçik və orta mənzilli raketləri yerləşdirməyin yolunu açacaq”,-deyə müəllif yazır.
C. Borcerin fikrincə, ABŞ-ın OKMR-in ləğvindən hansı fayda götürəcəyi ayrıca müzakirə mövzusudur. Çünki ABŞ-ın raketlərini yerləşdirmək üçün ərazilərini təklif edən ölkələrin adları bəlli deyil. Bundan başqa, həmin dövlətlər bu hərəkətlə özlərini birinci hədəf halına gətirirlər.
ABŞ isə 4 ildən çoxdur Rusiyanın yeni, xüsusilə “İsgəndər” raketləri ilə əslində sazişi pozduğunu bəyan edir. Rusiya öz növbəsində ABŞ-ın Ruminiyada və Polşada yerləşdirdiyi “Aegis” hava hücumundan müdafiə sisteminin əslində raketlərin buraxılması üçün qurulduğunu bildirir və bu səbəbdən qarşı tərəfi günahlandırır.
“Rusiya hələ ki yeni raketini təftişinə razılıq verməməklə bərabər ABŞ “Aegis” sistemi ilə bağlı heç bir kompomiss təklif etmir.
OKMR üzrə son Rusiya-ABŞ məsləhətləşmələrindən birində ABŞ nümayəndəsi Corc Orduey Rusiyadan yeni raketlərin yerləşdirlməsini dondurmağı tələb edib.
Lakin Ruisya tərəfi Ordueyin elə bu tələbini sazişi pozmaq kimi qiymətləndirib.
Musavat.com






