“Avropa Şurası heç vaxt Azərbaycanın daxili işlərinə qarışa bilməz” - Səməd Seyidov
Azərbaycanda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun səfərinin təfərrüatları bəli olub.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya açıqlamasında bildirib ki, bu, AŞ Nazirlər Komitəsinin katiblik səviyyəsində olan nümayəndə heyətinin səfəri idi.
Səfər çərçivəsində səmərəli fikir mübadiləsi aparıldığını söyləyən S. Seyidovun sözlərinə görə, qrup üzvlərinin son qənaəti belə olub ki, Azərbaycan götürdüyü öhdəlikləri vaxtlı vaxtında yerinə yetirir: “Buna görə də qərara alındı ki Azərbaycanda monitorinqin aparılmasına Nazirlər Komitəsi səviyyəsində ehtiyac yoxdur, yalnız Parlament Assambleyası səviyyəsində aparılması kifayətdir. Bu, o deməkdir ki, Azərbaycan öz öhdəliklərini layiqincə yerinə yetirir”.
S. Seyidov görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin, o cümlədən Kəlbəcər girovlarının məsələsinin də müzakirə olunduğunu diqqətə çatdırıb: “Yekdil fikir bu oldu ki, azərbaycanlılar nə qədər girov saxlanacaqlarsa, münaqişə ilə bağlı vəziyyət bir o qədər qəlizləşəcək, separatçı Dağlıq Qarabağ rejimi özünü daha çox ifşa edəcək. Çünki tanınmamış qurumun tanınmamış məhkəməsinin hökmü ilə öz yurdlarına gedən insanların tutulub girov saxlanılması ən böyük cinayətdir. Dünya da o qədər sadəlövh deyil və hər şeyi çox gözəl başa düşürlər”.
İnsan Hüquqları üzrə İşçi Qrupun Məruzəçilər Qrupu ilə birgə keçirildiyi müzakirələrdən danışan S. Seyidov qeyd edib ki, Azərbaycanın qeyri-hökumət təşkilatları tərəfindən təqdim olunan siyahılar əsasında müzakirə nəzərdə tutulmasına baxmayaq, Azərbaycan nümayəndə heyətinin də qaldırdığı məsələlər müzakirə olunub: “Biz sonuncu müzakirədə məhz Dağlıq Qarabağda girov saxlanılan azərbaycanlıları, qanunvericilik məsələlərini müzakirə etdik. İşçi Qrup çox səmərəli, yüksək səviyyədə 6 aylıq fəaliyyətini müzakirə etdi, növbəti mərhələlər üçün planlar müəyyənləşdirdi. O ki qaldı Avropa Şurası tərəfindən təqdim olunan hansısa siyahıya, Avropa Şurası heç vaxt Azərba






