İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa şirkətləri Ukrayna anbarlarına 1,5 milyard dollarlıq qaz yığıb

341 27.12.2023 19:20 Dünya A A

Ukraynanın qaz anbarlarından istifadə edən Qərb şirkətlərinin sayı sürətlə artır.

Musavat.com xəbər verir ki, Britaniyanın “The Daily Telegraph” qəzetinin yazdığına görə, onların sayı avqustda 21-dən 52-yə çatıb.

Nəşr bildirir ki, treyderlər qazın qiymətinin kifayət qədər artması səbəbindən ölkədə gedən döyüşlərə baxmayaraq, Ukraynada qaz saxlamağa hazırdırlar ki, bu da riskləri kompensasiya edir. Qeyd olunur ki, Avropa İttifaqının demək olar ki, tam dolu anbarları fonunda “Naftoqaz” konserninin obyektlərində qaz saxlayanlar getdikcə çoxalır.

Ukrayna şirkətinin rəhbəri Aleksey Çernışev qəzetə deyib ki, Qərb şirkətləri “müharibə riski sığortası olmadan” işləyirlər. “The Daily Telegraph” yazır ki, sığortaçılar Avropa İttifaqı orqanları tərəfindən lazımi zəmanətlər hazırlanmayana qədər treyderlərə öz xidmətlərini göstərməkdən imtina edirlər.

Almaniya, Fransa və İsveçrənin enerji şirkətlərinin Ukraynada təqribən 1,5 milyard dollar dəyərində 2,5 milyard kubmetrdən çox ehtiyat saxladığı vurğulanır. Nəşr əlavə edib ki, tələbatın artması fonunda firmalar qazı daha yüksək qiymətə satmaq üçün ehtiyatlarını tükətməyə başlayıblar. “Naftoqaz”ın məlumatına görə, Ukraynanın qərbindəki qaz anbarlarından 15 ölkənin şirkətləri istifadə edir. Ukrayna konserni bəyan edib ki, sovet dövründə tikilmiş obyektlər 3 min metrə qədər dərinlikdə yerləşir və nəticədə onlar raket hücumlarına məruz qalmır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR