İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Rusiya aktivləri hesabına Ukraynaya 15 milyard avro çatdırmaq niyyətindədir  

363 06.03.2024 15:28 İqtisadiyyat A A

 

Avropa Komissiyası (AK) 2027-ci ilə qədər Birlik dövlətlərində  Rusiya Mərkəzi Bankının dondurulmuş 208 milyard avro həcmində aktivlərinin yenidən investisiyasından 15 milyard avro gəlir əldə edəcəyini gözləyir.

Musavat.com xəbər verir ki, bunu Avropa komissarı Didier Reynders Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

O vurğulayıb ki, bu pullar Ukraynaya yardım üçün İttifaq büdcəsinə yönəldilməzdən əvvəl bir çox mərhələlərdən keçməlidir: “Avropada hazırda Rusiyanın 208 milyard avroluq dövlət aktivləri və Rusiya Mərkəzi Bankının aktivləri bloklanıb. Onların əksəriyyəti Belçikadadır. Keçilməli olan bir çox mərhələlər var. Bu aktivlərdən gəlir olanda, onlar vergiyə cəlb edilməli və Ukraynanı dəstəkləməyə yönəldilməlidir. Belçika hökuməti artıq bu gəlirləri 2023-cü ildə vergiyə cəlb edib və o, bu vergilərdən əldə olunan gəlirlərə sərəncam verə bilər, xüsusən də onları Ukraynanı dəstəkləməyə yönəldə bilər”.

Reynders vurğulayıb ki, hazırda Avropa Komissiyası Rusiya vəsaitlərindən əldə olunan gəlirlərin Ukraynaya yönəldilməsi prosesinin növbəti mərhələsi ilə məşğuldur: “Növbəti mərhələ gəlirlərin özləridir, onların həcmini dəqiq müəyyən etmək üçün indi ayrıca hesaba yerləşdirilməlidir. Önümüzdəki həftələrdə onlardan da istifadə edə bilmək üçün razılığa gəlməliyik. Biz indiyədək 2027-ci ilə qədər təxminən 15 milyard avro gəlirin istifadə oluna biləcəyini təxmin etmişik, lakin bu, əlbəttə ki, faiz dərəcələrindən və dividendlərdən asılı olacaq".

O, Avropa Komissiyasının bu vəsaitlərin Ukraynaya yönəldilməsi üçün hansı sxemdən istifadə etmək niyyətində olduğunu açıqlamayıb, lakin əvvəllər Brüsseldəki mənbələr bildiriblər ki, Avropa Komissiyası bu gəlirə 100 faizə yaxın birbaşa Avropa vergisi tətbiq etmək niyyətindədir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR