İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Parlamentinə seçkilərdə səsverməyə daha çox seçici cəlb etmək üçün Fransada müxtəlif tədbirlər görülür

281 25.05.2019 21:08 Son xəbər A A

Mayın 26-da Fransada Avropa Parlamentinə seçkilər keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Oxoda-Dentsu Consulting” mərkəzinin apardığı sorğuya əsasən səsvermədə seçicilərin 43 faizinin iştirakı ehtimal olunur. Buna görə də ölkədə bütün vasitələrdən istifadə olunur ki, daha çox seçici səsverməyə gəlsin. Sorğuya əsasən 18-34 yaş arasında olan seçicilərin 70 faizi, 65 yaşdan yuxarı olan seçicilərin isə 40 faizi səsvermədə iştirak etməyəcək.

Seçiciləri səsverməyə cəlb etmək üçün müəyyən tədbirlər görülür. Bəzi şəhərlərdə ictimai nəqliyyat vasitələri pulsuz xidmət göstərəcək. Eləcə də yaşlı insanlara pulsuz taksi xidməti göstəriləcək. Bəzi şəhərlərdə isə seçici səsvermə kartında səs verməsi ilə bağlı işarəni göstərərək pulsuz 1 kiloqram meyvə və tərəvəz ala biləcək. Sabah Fransada Analar Günü qeyd olunduğu üçün bəzi şəhərlərdə seçici qadınlara gül bağışlanacağı da bildirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR