İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Parlamentindən Türkiyə hesabatı: “PKK terror təşkilatı siyahısından çıxarılsın, “Payitaxt Abdulhəmid” yəhudilər əleyhinədir…”

1937 19.05.2017 15:20 Son xəbər A A

Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Hollandiyalı deputat Kati Piri tərəfindənhesabat hazırlayıb.

Avropa.info xəbər verir ki, Türkiyəyə qarşı qərəzli mövqeyi ilə seçilən məruzəçi Kati Pirinin hazırladığı hesabatda TRT-də yayımlanan “Payitaxt Abdulhəmid” serialı da yer alır.

Holland deputat yazdığı hesabatda tarixi hadisələrin yer aldığı “Payitaxt Abdulhəmid” serialının yəhudilər əleyhinə olduğunu iddia edərək, Türkiyəni antisemitizmdə ittiham edib.

Hesabatda daha bir qalmaqallı məsələ isə PKK-nın terror təşkilatı siyahısından çıxarılması ilə bağlı edilən təklifdir. Kati Piri hazırladığı hesabatda Avropa Birliyinin PKK-nı terror təşkilatından çıxarılmasını tələb edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR