İnsanlara hürriyət, millətlərə istiqlal!

"Avropa Parlamenti bu qərarla erməni terroruna dəstək verdi"

1347 16.04.2015 21:33 Siyasət A A

Baş verənlər Türkiyə ilə yanaşı, Azərbaycanda da böyük etirazla qarşılanıb. 

VHP Mərkəzi İcra Aparatının sədri Samir Əsədli də Roma Papasının bəyanatının ardınca Avropa Parlamentinin qərarını Türk-İslam dünyasına qarşı məkrli siyasətin tərkib hissəsi adlandırıb: 

“Bu qərarı verənlərin mahiyyətcə terrorçulardan heç bir fərqi yoxdur. Çünki türk torpaqlarında qondarma dövlət quran, 1918-ci il 31 mart, 1992-ci il 26 fevral soyqırımlarına imza atan, yüzlərlə türk diplomatının qətlini həyata keçirən ASALA terror təşkilatına, erməni şovinizminə dəstək vermək elə bu olayların iştirakçısı olmaq deməkdir”. 

Samir Əsədli həmçinin vurğulayıb ki, qondarma erməni soyqırımı ittihamlarına qarşı gerçək soyqırım faktlarını ortaya qoymağımız belə AB-nin və xristian dövlətlərinin münasibətini dəyişmir: “Amma bu, bizi həqiqətləri təbliğ etməyə və yaymağa mane olmamalıdır. 

AB-nin siyasətçiləri hələ Avropa insanı demək deyil. Biz bəşəri dəyərlərlə yaşayan avropalılara, dini siyasi alətə çevirməyən milyonlarla əsl xristiana həqiqətləri çatdırmalı və onların öz siyasətçilərinin iç üzünü tanımalarına, Allahın göndərdiyi dinləri öz oyunlarına adət edib, sadə xristianları sadə müsəlmanlara qarşı qoyan şəxsləri ifşa etmələrinə yardım göstərməliyik”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR