Avropa Parlamenti Azərbaycanı seçki müşahidəsinin tələb olunduğu ölkələr siyahısından çıxarıb
“Avropa Parlamenti Azərbaycanı seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından çıxarıb” – Avronest Parlament Assambleyasının vitse-prezidenti, deputat Elxan Süleymanov APA-ya belə deyib.
Deputat bildirib ki, Avropa Parlamenti Avropa İttifaqı Azərbaycanda keçirilmiş 2005, 2008 və 2010-cu il seçkilərinə üç missiya göndərib və onların hamısı irəliləyişi qeyd edərək müsbət hesabatlar hazırlayıblar: “Gənc demokratiya olan Azərbaycan Avropa İttifaqı ilə bir çox sahələrdə əməkdaşlıq edir və hazırda assosiasiya sazişi ilə bağlı danışıqlar aparır. Bu saziş ticarət və mədəniyyət əlaqələrinin inkişafına, o cümlədən təhsil, nəqliyyat və digər sahələrdə Avropadan daha çox dəstəyin alınmasına səbəb olacaq”.
Elxan Süleymanovun sözlərinə görə, Avropa Parlamentinin Azərbaycanı seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından çıxarması ölkəyə Avropada yeni və təkmilləşmiş demokratik obraz verir: “Avropa Parlamenti 2013-cü ildə Ermənistana missiya göndərmişdi və bir missiyanı da Gürcüstana göndərməyi planlaşdırır. Bununla Cənubi Qafqazda Azərbaycan demokratik standartlara bu səviyyədə cavab verən ilk ölkə olur. 2013-cü ildə Avropanın seçkilərin monitorinqini aparmadığı Çili, Yaponiya, Argentina, Avstraliya, Norveç və ya İslandiya kimi ölkələrin hamısı dünya demokratiya indeksində yüksək göstəriciyə malikdir. Bu yeni obrazın inkişafa doğru yolda Azərbaycana kömək edəcəyinə ümid edilir”.