İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Oyunlarının keçiriləcəyi idman komplekslərinin yaxınlığında yaşayanlar avtomobilləri üçün buraxılış nişanı almalıdırlar

2223 15.01.2015 11:05 Son xəbər A A
Bakı şəhər İcra Hakimiyyəti I Avropa Oyunlarının keçiriləcəyi idman komplekslərinin ətrafındakı ərazilərdə yaşayan vətəndaşlara müraciət edib.
 
Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciət I Avropa Oyunlarının keçiriləcəyi idman komplekslərinin ətrafındakı ərazilərdə, küçə kəsişmələrində yerləşən yaşayış binalarında yaşayan sakinlərin öz avtomobilləri ilə təyin olunmuş marşrut üzrə sərbəst hərəkətini təmin etmək məqsədi daşıyır.
 
Müraciətdə bildirilir ki, sakinlər Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin fərqləndirici buraxılış nişanlarının alınması üçün ərazi üzrə Mənzil İstismar Sahələrinə və kooperativ yaşayış komplekslərinin rəhbərliklərinə yanvar ayının 31-dək müraciət etməlidirlər.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR