İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Oyunlarının görünməyən qəhrəmanları (VİDEO)

1826 16.05.2015 02:44 Son xəbər A A
Avropa Oyunları zamanı təhlükəsizliyin təminində və baş verə biləcək hadisələrin vaxtında qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin bütün sturukturları tam hazırlıq səviyyəsinə gətirilib. Əlbəttə ki, bu hazırlıqlarda və təhlükəsizliyin təminində nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin üzərinə çöx böyük iş düşür.

Xidmətin nəzdində fəaliyyət köstərən kinoloji taborda təlimlər sona çatmaq üzrədir. Peşəkərlar tərəfindən burada hazırlanan xüsusi təlim görmüş itlər bir çox axtarış işlərinin görülməsində, xüsusi ərazilərin qorunmasında istifadə edilir. Taborda ən çox ixtisaslaşan itlər insan axtarışı və partlayıcı maddələrin tapılmasını həyata keçirir.

“İnsan axtarışını həyata keçirən təlim görmüş itlər böyük bir ərazidə axtarış aparırlar. Onlar axtarış apardıqları məqam tapdıqları zaman həm hürərək, həm də yeri çırmaqlamaqla xəbər verə bilərlər. Bundan başqa partlayıcı maddələrin axtarışı zaman təlim görmüş itlər partlayıcını aşkar etdikləri an ya uzanır, ya da oturur. Niyə? Çünki itlər hürsə partlayış baş verə bilər”, - deyə Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji taborun komandiri Rafiq Hüseynov bildirib.

Səbr və bacarıq tələb edən işin sonunda, həmin itlər təlim düşərgərsində şərti əməliyyatlarda sınaqdan keçirilir. İtlər keçirilən təlimləri necə mənimsəməsinə əyani sübutu ki, şərti patlayıcı əşyanı gizlədəcəyik. Və bundan sonra həmin itlər bu partlayıçını tapmağa çalışacaqlar.

Oyunlar ərəfəsində idman arenalarının bu itlərin vasitəsilə həm qorunması, həm də təhlükəsizliyin təmin edilməsi nəzərdə tutulur. 

Digər şərti təlim isə, təbii hadisələr və baş verən üçqun zamanı dağıntılar altından insanların çıxarılması istiqamətindədir.

Xüsusi ayrılan ərazidə axtarış aparan itlər, uçqun altından qalan şəxsin axtarışını həyata keçirib.

Xilasedicilər və xüsusi təlim görmüş itlərin bu sahədə peşəkarlığı həm ölkə, həm də ölkə xaricində iştirak etdikləri əməliyyat zamanı sübuta yetirilib.

“Türkiyənin Van vilayətində baş vermiş məlum zəlzələ zamanı zərərçəkmişlərin xilas olması əməliyyatlarında iştirak etmişdir. Azərbaycandan əməliyyatlara cəlb olunmuş xüsusi təlim görmüş itlər 108 saatdan sonra zərərçəkmişin xilas olması işində bizim xüsusi təlim görmüş itlərin xidmətləri olmuşdu”, – deyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Ehtiram Xəlilov qeyd edib.

Xidmətin xilasediciləri və xüsusi təlim görən itlər yardıma tam hazır olsa da, ümid edək ki, onlardan az-az istifadə ediləcək. Çünki onlar daha çox insan faciəsi və bədbəxt hadisələr zamanı yada düşür. /ANS TV/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR