İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Oyunları ilə bağlı gülməli addım: Bayılda evlərin damını qırmızı boyadılar - FOTOLAR

4927 20.04.2015 18:00 Ölkə A A
Bakının Bayıl qəsəbəsində fərdi yaşayış evlərinin divarlarını ağ, damını isə qırmızı rəngə boyayıblar. 

Sakinlərdən aldığımız məlumata görə, bu addım Avropa Oyunları ərəfəsində Bakının ümumi mənzərəsinin gözəl görünməsi üçün atılıb. 

Musavat.com-a daxil olan məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən evlərin damının qırmızı kirəmitlə yenilənməsi əmi verilib. Lakin əmrin icraçıları daha ucuz variantdan istifadə edərək, evlərin damını “emusiya” adlanan qırmızı divar boyası ilə boyayıblar. 

Nəticədə yağış yağan zaman Bayıl qəsəbəsinin yollarını qırmızı sel bürüyür. 

Evləri boyanan ailələr bu səbəbdən rahatlıqlarının pozulduğunu deyirlər: “Biz elə bildik ki, keyfiyyətli boyadır. Ancaq başımıza qırmızı su yağacağını bilsəydik, razı olmazdıq”. 

Nərgiz Liftiyeva,
Fotolar müəllifindir.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR