İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa ötən il Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəliri Ukraynaya verə bilməyəcək?

456 01.02.2024 23:54 Dünya A A

Avropa İttifaqının 2023-cü ildə Belçikada Euroclear beynəlxalq platformasında dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə etdiyi mənfəəti Kiyevə köçürməsi mümkün olmaya bilər.

“Financial Times”ın yazdığına görə, Aİ hazırda “Ukraynaya dəstək üçün Aİ büdcəsinə bu xalis mənfəətdən formalaşmalı olan maliyyə töhfəsini” müəyyən edən direktivi müzakirə edir. Təşəbbüs artıq Aİ səfirləri tərəfindən ilkin olaraq razılaşdırılıb və yaxın həftələrdə bütün üzv dövlətlər tərəfindən təsdiqlənməlidir. Eyni zamanda nəşrin qeyd etdiyinə görə, Aİ direktivlərinin geriyə qüvvəsi yoxdur. Buna görə də, çox güman ki, 2023-cü ildə əldə edilmiş 4,4 milyard avro təşkil edən mənfəətə tətbiq edilə bilməz.

Qeyd edək ki, Aİ, ABŞ, Yaponiya və Kanada Rusiyanın təqribən 300 milyard dollar məbləğində aktivlərini dondurub. Bunların təxminən 5-6 milyard dolları ABŞ-da, əksəriyyəti isə Avropada, o cümlədən Belçikada beynəlxalq Euroclear platformasındadır - burada təxminən 191 milyard avro dondurulub.

Reuters mənbələrinə görə, Aİ rəhbərliyi hesab edir ki, G7-nin fevral ayında keçiriləcək iclasda belə bir addımın qanuniliyini müzakirə etməyi planlaşdırmasına baxmayaraq, icma Avropada dondurulmuş Rusiyanın aktivlərini müsadirə edə bilməyəcək. Avropa rəsmiləri yalnız bu cür müsadirənin qanuniliyindən deyil, həm də avro üçün potensial nəticələrdən narahatdırlar. Onlar hesab edirlər ki, investorlar vəsaitlərinin bir gün müsadirə oluna biləcəyi qorxusuna görə Avro aktivlərindən çıxa bilərlər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR