AVROPA MƏHKƏMƏSİ QOBUSTAN MƏHBUSU İLƏ BAĞLI QƏRAR AÇIQLAYACAQ
Digər iddiaçı, qəsdən adamöldürmə ittihamı ilə məhkum olunmuş və hazırda Qobustan qapalı həbsxanasında cəza çəkən 1957-ci il təvəllüdlü Çingiz Əmirmirzə oğlu Paşayev isə pis saxlanma şəraiti və lazımi tibbi xidmət göstərilmədiyi üçün tuberkulyoza yoluxduğunu bildirib. Ç.Paşayev bu barədə şikayətinə məhkəmələrdə onun iştirakı olmadan baxıldığını və bununla da ədalətli mühakimə hüququnun pozulduğunu iddia edərək AİHM-ə müraciət edib.






