AVROPA MƏHKƏMƏSİ AZƏRBAYCANI NİYƏ AZ CƏRİMƏLƏYİR?
Qərara görə, Azərbaycan dövləti Bəhruz Əsədbəyli, Həsən Məmmədov, Emin Hüseynli, Şirəli Həmidov, Saleh Əliyev, Ramiz Quliyev, Sadiq Daşdəmirli və Yaşar Cəfərlinin hər birinə 10 min avro, Elşad Məmmədova 12 min, Hacı İlqar İbrahimoğluna isə 12,4 min avro təzminat ödəməlidir.
Buna qədər də AİHM Azərbaycandan gedən şikayətlərlə bağlı qərarlar verib. Sabiq deputat Pənah Hüseyn, ADP sədri Sərdar Cəlaloğlu, müğənni Flora Kərimova və daha bir neçə nəfərin işi üzrə cərimə qərarları çıxarılıb. Ancaq AİHM-in bu qərarların da bir sıra məqamlar suallara (məhkəmə qərarları 8 ilə qədər ləngiyib, məhkəmə prosesi uzun illər davam edib, kompensasiya məbləğinin azlığı) səbəb olub. Bir qayda olaraq Azərbaycandan gedən şikayətlərə görə kompensasiya məbləğləri 10 min avrodan artıq olmur. Yalnız bu günə qədər deputatlığa namizəd F.Kərimovanın şikayəti əsasında 59 min 100 avro məbləğində kompensasiya qərarı çıxarılıb. Müqayisə üçün deyək ki, qonşu Türkiyədə AİHM-ə edilən şikayətlərə görə məhkəmə Türkiyə hökumətinin milyonlarla avro dəyərində kompensasiya ödəməsi ilə bağlı qərar çıxarır. Bir qayda olaraq AİHM-də çıxarılan qərarlara görə Azərbaycanda hər hansı hakim məsuliyyətə cəlb olunmur. İş orasındadır ki, AİHM-in qərarlarında adətən zərərçəkənlərin məhkəmə prosesində tələsik qərar verildiyi, faktların yoxlanılmadığı, hakimlərin məsuliyyəti qeyd olunur.
Hüquqşünas Müzəffər Baxış isə AİHM-in qərarlarında kompensasiya məbləğlərinin az göstərilməsini Azərbaycandan gedən şikayətlərlə əlaqələndirir. Onun sözlərinə görə, tərtib olunan şikayətlərdə hüquqşünaslar bir sıra məsələləri nəzərə almalı, ən əsası ziyan sayılan məbləğləri dəqiq göstərməlidir: “Türkiyə ilə bağlı işlərdə zərərçəkənlər kompensasiya ilə bağlı ciddi sənədlər, faktlar təqdim edir. Ona görə də Türkiyə ilə bağlı qərarlarda kompensasiyanın məbləği çox olur. Ancaq Azərbaycanla bağlı vəziyyət fərqlidir. İnsanlar onlara dəymiş ziyanla bağlı sənədləşməni düzgün aparmır, vəkillərə verilən pulları rəsmiləşdirmədikləri üçün problemlər yaranır. Bu səbəbdən də Türkiyə və digər Avropa ölkələri ilə müqayisədə Azərbaycandan gedən işlərlə bağlı kompensasiyaların məbləği daha az hesablanır. Azərbaycandan AİHM-ə şikayət edən şəxslər gələcəkdə sənədləri tərtib edərkən daha diqqətli olmalıdır. Əgər bu edilsə, o zaman Avropa Məhkəməsi də Azərbaycanı daha böyük məbləğdə cərimələyər”.
Hakimlərin cəzalandırılması məsələsinə gəldikdə, M.Baxış deyir ki, indiki halda bu, mümkün deyil. Ekspertin fikrincə, siyasi hakimiyyət sifarişli qərar verən hakimlərin sonradan cəzalandırılmasına imkan verməz: “Bu məsələni dəfələrlə hökumət orqanları qarşısında qaldırmışıq ki, 1997-ci ildə qəbul olunmuş ”Məhkəmələr və hakimlər haqqında" Qanunun 111-ci maddəsinə görə, hakimlərin intizam məsuliyyətinə cəlb olunmasının əsaslarından biri də Avropa Məhkəməsi tərəfindən onların qəbul etdiyi qərarlarının Avropa Konvensiyasına uyğun olması barədə qərarlar qəbul etməsidir. Əslində AİHM-in hakimlərinin qəbul etdiyi qərarda yerli məhkəmənin qəbul etdiyi qərar konvensiyaya uyğun hesab olunmursa, bu qərar Azərbaycana daxil olduqdan sonra həmin hakim barədə Məhkəmə-Hüquq Şurasında inzibati qərar verilməlidir. Amma indiyə kimi bu təcrübə olmayıb. Çünki hakimlər siyasi sifarişlə qərar verdiyi üçün siyasi hakimiyyət hakimləri məsuliyyətə cəlb etməkdən çəkinir. Qorxurlar ki, bu hakimlər gələcəkdə siyasi sifarişləri icra etməyəcək. Bu səbəbdən də hakimiyyət heç cür müstəqil məhkəmə hakimiyyəti yaratmaqda maraqlı deyil".
M.Baxış deyir ki, qanuna görə, zərərçəkənlər hakimlərdən yalnız korrupsiyaya görə Məhkəmə-Hüquq Şurasına şikayət edə bilər. Bu isə heç də asan və mümkün iş deyil.