Avropa Komissiyasının sədri Jan-Klod Yunker mətbuat konfransında iştirakçılar qarşısına fərqli ayaqqabılarda çıxıb. Yunkerin assisenti ayaqqabılarını dəyişmək üçün onun dərhal geri döndərib.
Avropa.info xəbər verir ki, hadisə Cənubi Afrika Respublikasının lideri Siril Ramafos və Avropa Şurasının sədri Donald Tuskla görüşün yekununda keçirilən mətbuta konfransı zamanı baş verib.
Yunkerin fərqli rənglərdə ayaqqabı geyərək mətbuat konfransında iştirakı tədbir iştirakçılarının gülüşünə səbəb olub.
Onu fərqli ayaqqabıda çıxmasını asssisenti də fərq edərək, onu geri göndərərək ayaqqabısını dəyişdirtdirib.
Bir müddətdən sonra Yunker mətbuat işçilərinin qarşısına qara ayaqqabıda çıxmalı olub.
Hadisədən hiddətlənən yunan siyasətçisi Kristos Papapos onun bu hərəkəti barədə bu ifadələri işlədib: “Bu insan beş yüz milyonluq avropalıların lideridir. Lakin Jan-Klod Yunker mətbuat konfransı zamanı mətbuat nümayəndələri qarşıısna bir qara və bir qəhvəyi rəngdə ayaqqabı ilə çıxır. Bu nə deməkdir”.
Bir müddət öncə isə NATO-nun Brüsseldəki sammitində tribunaya sərbəst çıxıb düşə bilməmişdi.
Deyilənə görə, Yunker o zaman alkoqlollu içki qəbul edib.






