İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyası rəsmisi İrəvanda Zəngəzur dəhlizinin vacibliyindən danışdı

912 14.05.2024 17:46 Son xəbər A A

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması çox vacibdir, çünki bu, Azərbaycan, Gürcüstan, Türkiyə və Ermənistan arasında regional nəqliyyat kommunikasiyalarının açılmasına töhfə verərdi.

Musavat.com xəbər verir ki, bunu Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və İnstitusional Gücləndirmə üzrə direktoru Adrienne Kirali İrəvanda keçirilən “Dayanıqlı ticarətin, enerjinin və logistika marşrutlarının inkişafında Cənubi Qafqazın rolu” mövzusunda müzakirələr çərçivəsində deyib.

Müzakirə Avropa Yenidənqurma və İnkişaf Bankının iclası zamanı baş tutub.

E1bv-lxWYAg9c5x.jpg (44 KB)

Aİ rəsmisinin sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsi əvvəllər mövcud olan ticarət əlaqələrinin məhvinə, eləcə də qlobal sülhün və sabitliyin pozulmasına gətirib çıxarıb. O hesab edir ki, bu, Avropa və Asiya arasında Rusiyadan yan keçəcək ticarət yollarının sürətli inkişafına ehtiyac yaradıb.

Onun sözlərinə görə, söhbət Transxəzər nəqliyyat dəhlizində dayanıqlığın və multimodal daşımanın təmin edilməsindən gedir. Adrienne Kirali bu layihənin beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiyasının asanlaşdırılmasının vacibliyini vurğulayıb. O əlavə edib ki, layihənin həyata keçirilməsi üçün iqtisadi investisiya planının hazırlanması və investisiya dəstəyi vacibdir.

Avropa Komissiyasının nümayəndəsi həmçinin ticarətin inkişafına şərait yaratmaq üçün prosedurların uyğunlaşdırılmasının vacibliyini vurğulayıb. Onun fikrincə, regionun nəhəng iqtisadi potensialını və Mərkəzi Asiyanı Aİ ölkələri ilə birləşdirəcək dəhlizi açmaq lazımdır.

Aİ nümayəndəsi konkret “dəhliz”in adını çəkməsə də, Ermənistan mətbuatı söhbətin “Zəngəzur dəhlizi”ndən getdiyini vurğulayır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR