İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyası qərar verdi: Simonyanın “Russia Today” və “Sputnik” quruluşları qadağan olundu

1455 27.02.2022 21:11 Dünya A A

Avropa Komissiyası “Russia Today” telekanalı və “Sputnik” agentliyinin İttifaqda fəaliyyətini dayandırmaq istəyir.

Musavat.com-un xəbərinə görə, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen məlumat verib.

O bildirib ki, biz Aİ-də Kremlin media maşınına qadağa qoyacağıq: "Bunda başqa, Rusiyaya məxsus "Russia Today", "Sputnik" və onların törəmə şirkətlərinə da qadağa tətbiq etmək fikrindəyik. Bir daha təkidlə bildirirəm ki, onlar daha Putinin müharibəsinə haqq qazandırmaq üçün yalanlarını yaya bilməyəcəklər. Biz Avropada onların zərərli dezinformasiyasını qadağan etmək üçün vasitələr hazırlayırıq”, - deyə o əlavə edib.

Musavat.com bildirir ki, Avropa İttifaqının qadağan etdiyi  Rossiya Today (RT) və Sputnik Agentliyinin rəhbəri Azərbaycana qarşı informasiya müharibəsinin əsas fiqurlarından olan Marqarita Simonyandır.

 

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR