Avropa İttifaqında şəxsi məlumatların qorunmasının ümumi reqlamenti qüvvəyə minir.
AZƏRTAC xəbər verir ki, bu islahatın məqsədi insanın şəxsi məlumatlarının qorunması hüququnu gücləndirmək və bütün Avropa İttifaqı məkanında şəxsi məlumatlarla iş zamanı fiziki şəxslərin eyni şəkildə və yüksək keyfiyyətli müdafiəsini təmin etməkdir.
Reqlamentə əsasən, şəxsin fərdi məlumatları ilə iş zamanı qaydaların pozulmasına görə böyük məbləğdə cərimələr nəzərdə tutulub. Bu cərimələrin məbləği 20 milyon avroya və ya həmin qaydanı pozmuş cəmiyyətlərin dövriyyəsinin 4 faizinə qədər ola bilər.
Reqlamentdə şəxslərin “unudulmaq” hüququ da nəzərdə tutulur.
Aİ üzvü olan bütün dövlətlərdə şəxsi məlumatların qorunmasını tənzimləyən hüquqi aktların eyni olması və ya yenilənməsi zərurəti insanın əsas hüquqlarından birinin – şəxsi məlumatların qorunması hüququnun təmin edilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, cinayətkarlığa və terrorizmə qarşı mübarizənin gücləndirilməsi ilə bağlıdır.






