İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Ukraynada atəşkəsin pozulması ilə bağlı bəyanatı yayıb

872 03.10.2014 13:55 Siyasət A A
Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidməti Şərqi Ukraynada atəşkəsin pozulması ilə bağlı bəyanatı yayıb.

ANS PRESS-in məlumatına görə, bəyanatda deyilir: "Biz atəşkəsə rəğmən Şərqi Ukraynada atışmaların intensivləşməsindən narahatıq. Atışmalar dünən Donetskdə məktəb yaxınlığında bir neçə mülki vətəndaşın ölümünə səbəb olub. Ötən həftələrdə, xüsusən, Donetsk hava limanı yaxınlığında vuruşmalar nəticəsində bir çox ukraynalı hərbçi öldürülüb. Ölənlərin ailələrinə başsağlığı verir, bu il sentyabrın 5-də imzalanan atəşkəsin tələblərinə ciddi əməl olunmasını və sentyabrın 19-da qəbul olunan işçi memorandumunu bir daha xatırladırıq. İnsan hüquqlarının pozulmasının qarşısının alınması və bu cür halların araşdırılması baxımından, Şərqi Ukraynada qayda-qanunun bərpası üçün atəşkəsin qorunub saxlanması vacibdir."

Bəyanatın sonunda bildirilir: "Biz Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında dayanıqlı siyasi həllə nail olmaq üçün davamlı atəşkəsin vacibliyini xatırladırıq. Aİ bu istiqamətdə bütün addımları dəstəkləməyə hazırdır".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR