İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Suriyaya 2,5 milyard avro yardım ayırdı

215 18.03.2025 07:57 Dünya A A

Brüsseldə keçirilən Suriya üçün 9-cu donor konfransı başa çatıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, konfransın yekununda Avropa İttifaqı və tərəfdaşları Suriya və onunla qonşu ölkələrə 5,8 milyard avro yardım etməyi öhdələrinə götürüblər.

Məlumatı Aİ xarici işlər komissarı Kaja Kallas "X" hesabında açıqlayıb: "Bu, Suriyaya kritik keçid mərhələsində dəstək olacaq və təcili ehtiyacları yerində həll edəcək. Bu, Suriya xalqı üçün fürsəti dəyərləndirmək və öz müqəddəratını təyin etmək üçün bir şansdır".

Konfransda çıxış edən Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Aİ-nin 2025-2026-cı illərdə Suriyaya təxminən 2,5 milyard avro yardım ayıracağını bildirib: "Və biz bu gün burada olan hər kəsi eyni şeyi etməyə çağırırıq, çünki bu kritik anda Suriya xalqının bizə həmişəkindən daha çox ehtiyacı var".
Konfransa Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani dəvət olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR