İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı son on həftədə Ukraynaya 4 milyard avro yardım edib

285 06.05.2022 16:40 Son xəbər A A

Avropa İttifaqı son on həftə ərzində Ukraynaya dəstək üçün 4 milyard avroluq yardım təqdim edib.

AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzetinin təşkil etdiyi vahid Avropanın gələcəyinə həsr olunan konqresdə çıxışı zamanı deyib.

Ukraynada çox şeyin risk altında olduğunu deyən siyasətçi bunun Avropa İttifaqının iqtisadiyyatı üçün stress testindən daha çətin olduğunu vurğulayıb.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri bu səbəbdən Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edib. Həmçinin Ukraynaya hərbi və humanitar yardımın da arası kəsilmir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR