İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiya paketi hazırlayır: Nələr olmayacaq...

653 24.01.2024 22:41 Dünya A A

Avropa İttifaqı Ukraynada xüsusi hərbi əməliyyatın başlanmasının ikinci ildönümünə qədər Rusiyaya qarşı 13-cü sanksiyalar paketini hazırlayır.

“Financial Times”ın məlumatlı mənbələrə istinadən yazdığına görə, paketdə Rusiyadan alüminium idxalına qadağanın paketə salınması çətin görünür.

Adının açıqlanmasını istəməyən Aİ diplomatı qəzetə deyib: “Biz pul, silah və sanksiyalardan danışdığımız bir vaxtda ukraynalıların təşviqə ehtiyacının olduğunu başa düşürük”.

Məlumatlı mənbələr bildiriblər ki, yeni məhdudiyyətlər paketi çərçivəsində Aİ aktivlərin dondurulması və Avropa İttifaqı ərazisinə girişinə qadağa qoyulan fiziki və hüquqi şəxslərin sanksiya siyahılarını genişləndirməyi planlaşdırır. Bununla belə, Polşa və Baltikyanı ölkələrin israrına baxmayaraq, Rusiyadan alüminium idxalına qadağa çətin ki, qoyulsun.

Mənbələr bildiriblər ki, bəzi dövlətlərin Rusiya nüvə yanacağı və LNG-nin tədarükünü məhdudlaşdırmaq cəhdləri konsensusun olmaması səbəbindən uğursuzluqla nəticələndiyi üçün bütün Aİ-yə üzv dövlətlərin dəstəyini qazanmaq üçün bəzi məhdudlaşdırıcı tədbirlər yumşaldıla bilər.
FT mənbələri həmçinin əmin olduqlarını bildiriblər ki, Aİ Macarıstanın baş naziri Viktor Orbanı Ukraynaya 50 milyard avro dəyərində yeni yardım paketinin qarşısını almaqdan imtina etməyə inandıra biləcək. Bu vəsaitin ayrılması Aİ liderlərinin fevralın 1-də keçiriləcək görüşündə müzakirə olunacaq: “Orban razılaşmanı pozarsa, bu, faktiki olaraq Avropa İttifaqından siyasi çıxış demək olacaq”.

Aİ və ittifaqın ayrı-ayrı ölkələrindəki mənbələr bildiriblər ki, G7 ölkələrinin Rusiya Federasiyasının əsasən Avropa ölkələrində dondurulmuş aktivlərinin müsadirə edilməsi ilə bağlı paralel təşəbbüsü də çətin ki, İtaliya, Fransa və Almaniyanın dəstəyini alsın.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR