İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı ilə saziş mayda imzalanmayacaq - rəsmi

Ekspert: “Bu proses ətrafında ciddi manipulyasiyalar başlayıb“

Aprelin 23-də Avropa Komissiyasının ticarət nümayəndəsi Petros Sormelisin başçılıq etdiyi Avropa İttifaqının nümayəndə heyəti Azərbaycana gələcək.

Bu barədə “Report”a Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi rəhbərinin müavini Denis Danilidis deyib.

O, səfər çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişə dair danışıqların növbəti mərhələsi çərçivəsində ticarətlə bağlı məsələlərin müzakirə olunacağını diqqətə çatdırıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin mətni üzərində gərgin iş gedir: “Azərbaycanla yeni saziş üzərində çalışmaların 90 faizindən çoxunun tamamlandığını deyə bilərəm. Ötən həftə hər gün danışıqların mərhələləri keçirilirdi. Məqsədimiz bu işi mümkün qədər tez başa çatdırmaqdır. Danışıqları davam etdirmək üçün Azərbaycana daha bir nümayəndə heyətinin səfər edəcəyi gözlənilir.

Kestutis Jankauskas ile ilgili görsel sonucuMayın 13-14-də isə Brüsseldə Şərq Tərəfdaşlığı çərçivəsində 10 illik əməkdaşlığın nəticələri və gələcəyi müzakirə ediləcək. Bu sammitdə də Avropa İttifaqı və Azərbaycan arasında yüksək səviyyəli danışıqların baş tutması nəzərdə tutulur”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin açıqlamasından bu nəticəyə gəlmək olar ki, Azərbaycanla tərəfdaşlıq sazişi may ayında imzalanmayacaq.

Xatırladaq ki, sazişin may ayında imzalanmasının gözlənilmədiyi, imzalamanın böyük ehtimalla payızda baş tutacağı barədə hələ iki ay öncə “Yeni Müsavat” qəzeti yazmışdı. Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyeva bu barədə qəzetimizə şərhində bildirmişdi. Beləliklə, əminliklə söyləmək olar ki, yazdıqlarımız tamamilə təsdiqini tapır.

Yeganə Hacıyeva “ ile ilgili görsel sonucu

Yeganə Hacıyeva “Yeni Müsavat”a şərhində bildirdi ki, Aİ-Azərbaycan münasibətləri tərəflərin razılaşdırdıqları proqram üzrə davam edir və yekunlaşmaq üzrədir. May ayında sazişin imzalanması üçün yekun sənədin razılaşdırılması haqqında bir sənədin imzalanması mümkündür. Yəni sənədin əksər bəndləri razılaşdırıldığ, lakin bir neçə strateji bəndlər isə hələ qaldığından qarşılıqlı təkliflərin üzərində işlər gedir. Böyük ehtimalla imzalanması nəzərdə tutulan tərəfdaşlıq sazişi bu ilin payızında imzalanacaq. May ayı üçün isə ümumi razılaşdırılmış məqamların bir daha gözdən keçirilməsi, komitələrin işinin yekunlaşdırılması razılaşdırılmış  məqamlar üzrə protokolların tərtibi prosedurları yekunlaşacaq: “Yekun sazişin isə dediyim kimi, may ayında imzalanması gözlənilmir. Yekun saziş payızda imzalanacaq. İş davam edir və çox önəmli mərhələdədir. Proqram üzrə gündəlikdən sapmalar müşahidə olunmur. Bununla belə, son zamanlar Azərbaycanla Avropa İttifaqı arasında bağlanacaq Tərəfdaşlıq Sazişi ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Xüsusilə erməni mediası və siyasi dairələri belə rəy formalaşdırmağa çalışırlar ki, guya Azərbaycan sözügedən sazişin imzalanmasında maraqlı deyil, bilərəkdən bu prosesi yubadır. Bu proses ətrafında ciddi manipulyasiyalar başlayıb”.

Ekspert onu da dedi ki, Azərbaycana qarşı Avropa Şurasında, Avropa Parlamentində və digər təşkilatlarda aparılan kampaniyaların heç birinin bu proqrama təsiri olmadı: “Bütün səylərə, maneələrə baxmayaraq bu proses davam edir. Əsas müzakirə olunan strateji məsələlərə təhlükəsizlik və ticarət əlaqələridir. Artıq yekun mərhələdəyik”.

Politoloq Elşən Mustafayev ile ilgili görsel sonucu

Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın Avropa İttifaqı ilə saziiş imzalanması ilə bağlı danışıqlar 2016-cı ildə Brüsseldən başlayıb və bu günə qədər davam edir. Prosesin bu qədər uzanmasının səbəbləri çox güman ki, sənəddə  nəzərdə tutulan bəzi bəndlərlə bağlı tərəflər arasında razılığın əldə olunmamasından irəli gəlir: “Məsələ ondadır ki, indiyə qədər aparılan danışıqların gedişatı  ictimayyətə hər zaman bağlı olub və bu da sənədin  hansı səbəblər üzündən yubanmasını detallı araşdırmağa mane olur. Ölkə daxilində hökumətin özünün razılaşmadığı bir çox sahələr də var ki, bu günə kimi sazişin uzanması səbəbi kimi göstərmək olar. Məsələn, insan haqları, siyasi islahatlar, media, mətbuat azadlığı məsələsində tərəflər fərqli düşünürlər. Bu gün hökumət tərəfindən bu istiqamətdə atılan addımların Avropa İttifaqını qane edib-etməməsi böyük sual altındadır. Aİ nümayəndələri söhbətlərdə deyirlər ki, Azərbaycanın siyasi  məsələlərdə maksimum razılaşması arzulanır. Çünki Azərbaycan Dünya Ticarət Təşkilatının (WTO) üzvü olmadığından iqisadi əməkdaşlıqda problemlər yarana bilər və  Aİ bu məsələdə güzəştlərə getməklə bağlı yollar axtarır, çox güman ki, nəticə ədə edəcək. Bu olacağı təqdirdə Azərbaycan iqtisadi sahədə daha çox qazanc əldə edə bilər. İndiyə qədər sənədi imzalamış digər dövlətlər WTO üzvüdür. Bütün bunlara rəğmən demək istəyirəm ki, sənədin imzalanması ilk növbədə tərəflərin hər ikisinin şərtlərlə bağlı edəcəyi güzəştlərdən asılı olacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2019

BÜTÜN XƏBƏRLƏR