İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Gürcüstana yeni səfir təyin edib

399 08.06.2022 18:18 Region A A

Pavel Herçinski Avropa İttifaqının (Aİ) Gürcüstandakı Nümayəndəliyinə rəhbər təyin edilib.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətindən bildirilib.

P.Herçinski hazırda Aİ Xarici Fəaliyyət Xidmətində departament direktorudur. O, xidmətin Təhlükəsizlik və Müdafiə Siyasəti üzrə direktor vəzifəsində də çalışıb. Bundan öncə Siyasət və Təhlükəsizlik Komitəsində Polşanın səfiri olub.

Qeyd edək ki, P.Herçinski yeni vəzifədə Karl Hartzeli əvəzləyəcək. K.Hartzel 2018-ci ilin sentyabrından Aİ-nin Gürcüstandakı səfiridir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR