İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa dövlətləri NATO öhdəlikləri üçün 102 milyard dollar xərcləməlidir

541 17.02.2019 15:01 Dünya A A

“Avropa NATO qarşısında ÜDM-in 2%-ni ayırmaq barədə sözünü tutmaq üçün öz büdcəsini 100 milyarddan çox artırmalıdır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq strateji araşdırmalar institutunun (IISS) hesabatında deyilir.

Hesabata görə, NATO üzvləri 2024-cü ilə qədər öz müdafiə xərclərini 2% artırmalı olacaqlar. Lakin indidən həmin ölkələrin bir çoxunun bu tələbi yerinə yetirə bilməyəcəyi aydın görünür. Məhz bu səbəbdən ABŞ prezidenti Donald Tramp onları tənqid edir.

IISS-in məlumatlarında NATO-nun 27 ölkəsinin qarşıya qoyulan hədəfə çatmaq üçün 102 milyard dollara ehtiyacı olduğu göstərilib.

Sənədə əsasən, ABŞ-n hərbi xərcləri alyansın digər üzvlərinin bu sahədəki məsrəflərinin hamısından ən azı iki dəfə çoxdur. Belə ki, 2018-ci ildə rəsmi Vaşinqton müdafiə üçün 650 milyard dollar pul ayırdığı halda, NATO-nun avropalı üzvlərinin hamısının birlikdə hərbi büdcəsi 250 milyard dollara güclə çatır.

Ekspertlərin rəyinə görə, bunlardan Almaniya kimi böyük iqtisadi gücə malik olan dövlət belə, öz ümümdaxili məhsulunun 2%-i kimi böyük bir rəqəmi NATO-ya ayırmağa hazır deyil.

Analitiklər bunun üçün rəsmi Berlinin 2018-2024 aralığında hərbi məsrəflərini ən azı iki dəfə artırmalı olduğunu düşünürlər. Qeyd olunmalıdır ki, ABŞ 2017-2018-ci illərdə Pentaqona əlavə 45 milyard dollar pul ayırıb. Lakin ABŞ-ın təkcə elə həmin “əlavə”si belə, Almaniyanın hərbi büdcəsinin hamısına bərabərdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR