Avropa İttifaqı səfirləri, nəhayət, Rusiyaya qarşı sayca beşinci sanksiya paketini razılaşdırıb.
Fransanın Avropa İttifaqındakı nümayəndəliyinin Twitter səhifəsində açıqlanan məlumata görə, sanksiya paketinə aşağıdakılar daxildir:
-Rusiyadan kömür idxalının dayandırılması;
-Bir neçə Rusiya bankının aktivlərinin dondurulması;
-Rusiyaya silah satışının qadağan olunması;
- Yüksək texnologiyalar da daxil olmaqla 10 milyard avro həcmində məhsulların Rusiyaya qatışının qadağan olunması;
- Rusiya bayrağı altında üzən gəmilərin Aİ limanlarına girişinin yasaqlanması;
-Belarus və Rusiya nəqliyyat şirkətlərinin Aİ ərazisində fəaliyyətinin qadağan olunması.
Musavat.com






