İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Birliyi Türkiyədəki seçkiləri demokratiyanın qələbəsi adlandırdı

1166 08.06.2015 19:50 Siyasət A A

Avropa Komissiyası Türkiyədə iyunun 7-də keçirilən seçkilər zamanı qeydə alınan yüksək seçici fəallığını alqışlayıb. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Birliyinin (AB) genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə ali komissarı Yohannes Xan və xarici siyasət məsələləri üz ali komissarı Federika Moqerinin bəyanatında deyilir.

“Bu, Türkiyə demokratiyasının möhkəmliyinin sübutudur. Yeni parlamentdə bütün mühüm partiyalar təmsil olunacaq və bu, xüsusilə vacibdir” – sənəddə deyilir. 

Rəsmi Brüssel həmçinin, ümid ifadə edib ki, Türkiyədə seçkilərdən sonra tezliklə yeni hökumət formalaşacaq. “Qarşıdakı dövr AB ilə Türkiyə arasında əlaqələrin möhkəmlənməsi, habelə bütün sferalarda əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar aşır”, - deyə qurumun bəyanatında vurğulanır.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR