Avropa Birliyi Lukaşenkoya qarşı sanksiyaları 4 aylığa götürdü
Avropa Birliyi Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyaları 4 aylığa götürmək barədə qərar qəbul edib.
Musavat.com-un məlumatına görə, bu barədə Fransanın Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir bildirib. Bundan qabaq Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer məsələ ilə bağlı bəyan eləmişdi ki, sanksiyaların müvəqqəti götürülməsi haqda qərar ölkədə keçiriləcək prezident seçkilərdən sonra veriləcək.
Bundan əlavə, diplomatik mənbələrin məlumatlarına görə, Avropa Birliyinin Şurası belə bir fikrə bu ilin avqustunda Lukaşenkonun 6 siyasi məhbusu əfv eləməsi və Belarusun Ukrayna böhranına dair danışıqlara yardımçı olmasına görə düşüb.
Musavat.com






