Avropa Birliyi Ermənistanın yol layihələrinin inkişafı üçün yüz milyonlarla avro pul ayırır.
Ermənistan mediası Şimal-Cənub layihəsinin bir hissəsi kimi Artaşat-Aqarak şose yolunun yenidən bərpasını İttifaq tərəfindən prioritet layihələrdən biri olaraq təqdim edib.
Layihənin həmmüəllifləri rolunda isə Avropa Komissiyası və Dünya Bankı çıxış edirlər.
Bunun üçün AB-nin ilk olaraq 450 milyon avro ayıracağı qeyd olunub.
Ümumilikdə Ermənistanda icra olunacaq bütün layihələrə 732 milyon avro sərf olunacağı sölyənilir.
Erməni mətbuatı əsas diqqətin İrəvan-Vanadzor yolunun bərpasına (7,5 milyon avro), Gürcüstan-Ermənistan sərhədindəki Bavra-Gümrü sərhəd məntəqəsinə (41 milyon avro) və Şimal-Cənub layihəsi çərçivəsində Mehridəki sərhəd məntəqəsinin tikintisinə (15 milyon avro) ayrılacağını yazır.
Bu ilin yanvar ayının 15-də Avropa Komissiyası və Dünya bankı Transavropa nəqliyyət şəbəkəsinə (TEN-T) invesitisya qoyulması üzrə indikativ fəaliyyət planını təsdiq edib. Həmin plan üzrə Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistandakı prioritet layihələr müəyyən olunub.
Musavat.com






