İnsanlara hürriyət, millətlərə istiqlal!

Avro-Atlantik məkanında azərbaycanlıların yeni TƏRƏFDAŞLIQ ŞURASI yaradıldı FOTO VİDEO

674 05.03.2024 16:39 Dünya A A

Ötən həftə Avropanın paytaxtı Brüssel səhərində Avropada fəaliyyət göstərən bir çox təşkilatlar bir araya gələrək Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası (ing.Euro-Atlantic Partnership Council Azerbaijanis - EAPCA)  təşkilatını təsis ediblər.

Musavat.com xəbər verir ki, son zamanlar bir sıra Qərb dövlətlərinin Azərbaycana qarşı ədalətsiz münasibəti, bu dövlətlər tərəfindən Azərbaycana qarşı Ermənistanın ərazi iddilarının dəstəklənməsi və bir sıra məsələlər qitədə lobbiçilik istiqamətində fəaliyyətdə olan təşkilatları hərəkətə keçirdi.

Təsis konfransı Azərbaycanın Avropa İttifaqı yanında ve Brüsseldəki səfirliyində baş tutub. Təsis konfransında diaspora rəhbərləri, siyasətcilər, diplomatlar ve jurnalistlər iştirak ediblər. Azərbaycanın Avropa İttifaqı yanında ve Brüsseldəki fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov qonaqları salamlayıb.

Qurumun təşəbbüs qrupunun rəhbəri, Avropa Azərbaycanlıları Konqresinin Fəxri prezidenti Sahil Qasımov çıxış edərək yeni təsis olunan təşkilatın əhəmiyyətindən danışıb.

Təsis konfransında çıxış edən diaspora nümayəndələri Avro-Atlantik məkanında siyasi müstəvidə fəaliyyət göstərəcək yeni quruma uğurlar arzu ediblər.

Konfransın sonunda qurumun İdarə Heyəti və rəhbəri seçki yolu ilə 5 il müddətinə seçilərək EAPCA təşkilatını təsis ediblər. Sahil Qasımov Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının Baş Katibi seçilib. Konfransdan əvvəl tədbir iştirakçıları, Azərbaycanın Brüsseldəki səfirliyinin və NATO-dakı missiyasının diplomatları Xocalı soyqırımının 32-ci ildönümü ilə ələqadar Brüsselin “Kolonna Sutunu” Memorial kompleksinə əklil qoyub, Xatirə kitabını imzalayıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR