İnsanlara hürriyət, millətlərə istiqlal!

AVRO-2020: Finlandiya ilk dəfə final mərhələsində oynayacaq

419 16.11.2019 03:23 İdman A A

AVRO-2020-nin seçmə mərhələsinin IX turu davam edir.

Apasport.az saytının məlumatına görə, turun ikinci gününə start verilib.

Günün ilk oyun sessiyasında 3 matç baş tutub. F qrupunda Norveç Farer adlarımı 4 cavabsız qolla darmadağın edib.

J qrupunda Finlandiya Lixtenşteynin qapısından üç cavabsız qol keçirib. Bu, skandinaviyalıların 2-ci yeri təmin etməsi üçün yetərli olub.

Skandinaviyalılar qrup qalibi olan İtaliya ilə birlikdə AVRO-2020-yə yüksəlib. Finlandiya tarixində ilk dəfə böyük turnirin final mərhələsində oynayacaq. İndiyədək dünya və Avropa çempionatına çıxa bilməyən şimallıların ilki 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək AVRO-2020-də reallaşacaq.

Qrupun digər matçında Yunanıstan Ermənistanı 1:0 hesabı ilə məğlub edib. Günün digər oyunları isə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, final mərhələsinə vəsiqə qazanan komandaların sayı 11-ə çatıb. Bunlar Belçika, Polşa, Ukrayna, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Fransa, İngiltərə, Çexiya, Finlandiyadır.

AVRO-2020-nin seçmə mərhələsi
VIII tur
15 noyabr

F qrupu
21:00. Norveç – Farer adaları – 4:0
Reginiussen, 4, Fossum, 6, Sorlot, 62, 65

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR